Moskvada 12 miqrantı yandırdılar 9-02-2016, 21:44 Rusiyanın paytaxtı Moskvada yerləşən tikiş fabrikində baş verən yanğın nəticəsində 3-ü uşaq olmaqla, 12 nəfər ölüb.Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə paytaxtın Stromınka adlı ərazidə baş verib.Məlumatda ölənlərin Qırğızıstan və Özbəkistan vətəndaşları olduğu bildirilir. Onlar fabrikdə həm işləyib, həm də qalırmışlar.Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.İlkin məlumatlara görə, tikiş fabriki qəsdən yandırılıb. Facebook-da paylaş