Müharibə oyunu: Putin Qara dənizə 40 qırıcı göndərdi

10-02-2016, 02:02           

Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, Qara dəniz sahillərinə 40 hərbi təyyarə və helikopter göndərilib.

Axar.az xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi hərbi təyyarə və helikopterlərin Qara dəniz sahilində min kilometrlik təlim uçuşu həyata keçirdiklərini bildirilib.

Daha sonra hərbi hava vasitələrinin Kuban bazasına geri qayıtdığı qeyd edilib. Qara dəniz sahilinə göndərilən hərbi vasitələr arasında taktiki bombardman, hücum və hərbi nəqliyyat təyyarələri, eləcə də hücum helikopterləri yer alıb.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə naziri Sergey Şoyqu açıqlamasında Cənub Hərbi Dairəsi və Hava Desant Qüvvələrinin də qəfil döyüş hazırlığının yoxlanılmasına başlanıldığını bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.