Şahzadə Harri krallıqdan hansı səbəbdən ayrıldığını açıqladı

27-02-2021, 20:57           
Şahzadə Harri krallıqdan hansı səbəbdən ayrıldığını açıqladı
İngiltərə kraliçası II Yelizavetanın nəvəsi Harri nəhayət ki, hansı səbəbdən kral ailəsindən ayrılmasının səbəbini açıqlayıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirib ki, kraliça II Yelizavetanın nəvəsi Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsindən ayrılması həm İngiltərə, həm də dünya mediasında maraqla izlənilir.

Cütıük kral ailəsindən ayrılaraq, öz qazancları hesabına yaşamaq qərarına gəliblər. Lakin bu günə qədər cütlüyün krallıqdan ayrılması ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Harri nəhayət ki, səssizliyini pozaraq, məsələ ilə bağlı "The Late Late Show" tok-şousunun aparıcısı Ceyms Kordenə danışıb: "Hamımız İngiltərə mətbuatının necə ola biləcəyini bilirik və bu mənim zehni sağlamlığımı pozurdu".

Xatırladaq ki, şahzadə Harri və xanımı Meqan Markl 2020-ci ilin yanvarında kral ailəsindən ayrıldıqlarını elan ediblər. Hazırda cütlük ABŞ-ın Los-Anceles şəhərində yaşayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.