İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası

1-03-2021, 06:17           
İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası
İran hökuməti 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoyub.

Teref.az xəbər verir ki, buna səbəb koronavirusun və onun yeni ştammlarının qarşısını almaq cəhdidir. İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Həsən Zibakşın sözlərinə görə, qadağa həmin 32 ölkədən birbaşa gələn və ya son 2 həftədə 4 saat müddətində dövlətlərin ərazisində olanlara tətbiq ediləcək.

Məhdudiyyətlər qoyulan ölkələr: Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Bitsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Qvineya, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve.

Zibakş həmçinin qeyd edib ki, İrana gələn 8 yaşdan yuxarı bütün sərnişinlər COVID-19 üçün mənfi test nəticəsi ilə bağlı sənəd təqdim etməlidirlər. /Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru