Ermənistan hədə-qorxu gəlir – Parlamentdə Azərbaycanla bağlı QƏRAR

1-03-2021, 17:59           
Ermənistan hədə-qorxu gəlir –
Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası hərbi əsirləri və həbsdə olan mülki şəxsləri geri qaytarmadığına görə Azərbaycanı qınayan qətnaməni parlamentə göndərib.

Savash.org erməni mediasına istinadən xəbər verir ki, qərar layihəsi müstəqil deputatlar – Takui Tovmasyan, Anna Qriqoryan və Vardan Atabekyan tərəfindən təqdim edilib. Səsverməyə başlamazdan əvvəl layihə müəllifləri Xarici İşlər Nazirliyi və Dövlət və Hüquq Məsələləri Komissiyası tərəfindən təqdim olunan bütün təklif və düzəlişləri qəbul edib. Qərar layihəsi yekdilliklə təsdiqlənib.

Qeyd edək ki, əvvəllər millət vəkilləri sözügedən deputatların təşəbbüsünü bağlı qapılar arxasında müzakirə etməyə razı olublar. Müzakirədə Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin sədri Vladimir Vardanyan və İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Komitəsinin sədr müavini Ani Samsonyan da iştirak edib.

Xatırladaq ki, həmin layihəyə görə, bütün əsirlərin geri qaytarılması prosesini süni surətdə təxirə salan Azərbaycan sərt qınanılır.

Erməni deputatlar Azərbaycan tərəfini beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda ittiham edir.

Qeyd edək ki, Azərbaycan tərəfi haqlı olaraq əsirləri terrorçu hesab edərək onlara qarşı cinayət işi açıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.