Ermənistan payızda referenduma gedir - Paşinyan

2-03-2021, 00:04           
Ermənistan payızda referenduma gedir -
Ermənistan Respublikası cəmi üç ildir qüvvədə olan parlament üsul-idarəsindən imtina etməyə hazırlaşır.

“Bu ilin oktyabr ayında ölkədə yeni Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək”.

Sputnik Ermənistan bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika Meydanında keçirilən mitinqdə deyib.

Paşinyan bəyan edib ki, 2015-ci ildə qəbul edilən və 2018-ci ildə qüvvəyə minən Konstitusiyada çoxlu çatışmazlıqlar var və ali qanunda böhranlı vəziyyət yaranması üçün risklər mövcuddur: “Hesab edirik ki, yarı-prezident üsul-idarəsinə keçmək ən yaxşı variantlardan biridir. İnanırıq ki, ən yaxşı seçimi edəcəyik. Bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir”.

"Referendumdan əvvəl parlament Konstitusiyanın səsvermə tələb etməyən bəzi maddələrini dəyişdirə biləcək", - Paşinyan əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru