“Bu, pis olan durumu daha da gərginləşdirəcək” - Peskov

4-03-2021, 07:16           
“Bu, pis olan durumu daha da gərginləşdirəcək” - Peskov
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ və Avropa Birliyinin (AB) müxalifətçi Aleksey Navalnının zəhərlənməsi və həbsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qəbuledilməz olduğunu deyib.

Teref.az xəbər verir ki, Peskov bu qərarın onsuz da pis olan münasibətləri daha da zədələyəcəyini bildirib.

“Bu qəbuledilməzdir. Bütün bu sanksiyalar onsuz da pis olan münasibətlərimizə ciddi ziyan vurur”, – Kremlin sözçüsü vurğulayıb.

Bu sanksiyaların Rusiyanın daxili işlərinə müdaxilə olduğunu bildirən Peskov sanksiyalara cavabın veriləcəyini də sözlərinə əlavə edib. Bununla belə, o, sanksiyalar səbəbiylə ABŞ və AB ilə əlaqələri kəsmək istəmədiklərini dilə gətirib.

ABŞ dünən Navalnının zəhərlənməsi və həbsinə görə Rusiyanın 7 rəsmi şəxsinə və 14 qurumuna sanksiya tətbiq edib. AB-nin 4 rus rəsmisinə qarşı sanksiya qərarı da eyni səbəbdən qüvvəyə minib. teleqraf.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.