27 yaşlı qadın azyaşlı qardaşına təcavüz etməkdə ittiham olunur / Sverdlovsk vilayətində
Bu gün, 10:08
Sverdlovsk vilayətində 27 yaşlı qadına qarşı azyaşlı qardaşını əxlaqsız hərəkətlərə məcbur etmə ittihamı ilə cinayət işi açılıb.
32gun.az xəbər verir ki, Hadisə, qardaşının 14 yaşı tamam olmadan baş verib.
İstintaqın məlumatına görə, qadın qardaşına qarşı cinsi toxunulmazlığa zidd hərəkətlər edib. Müdafiə tərəfi təfərrüatları açıqlamayıb, yalnız qadının məcburiyyət altında hərəkət etmiş ola biləcəyini bildirib. Qohumlarından biri iddia edib ki, naməlum kişi qadını kompromatla şantaj edərək bu addımı atmağa vadar edib.
Məhkəmə qadının barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Müdafiə tərəfi qərardan şikayət verməyi planlaşdırır.