ABŞ-da inanılmaz qərar – maska da daxil olmaqla, bütün qadağalar ləğv edilir

4-03-2021, 01:00           
ABŞ-da inanılmaz qərar –
Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Texas ştatında gələn həftədən etibarən maska da daxil olmaqla bütün koronavirus qadağalarının ləğv ediləcəyi bəyan edilib.
ABŞ Prezidenti Cozef Bayden koronavirus tədbirlərinin davam edilməsinin zəruri olduğunu bildirdiyi halda, Texas ştatının qubernatoru Qreq Abbott inanılmaz bir qərar imzalayıb. Vali dünən axşam verdiyi açıqlamada Texasda maskadan istifadə edilməsinin ləğv ediləcəyini və müəssisələrin gələn həftədən tam gücü ilə yenidən açılacağına icazə veriləcəyini bildirib. Respublikaçılar partiyasının üzvü olan Abbott deyib: “Artıq Texası 100% açmağın vaxtı gəlib”.
Texasda verilən qərar Miçiqan, Luiziana və Missisipi kimi digər ştatlarda da dəstəklənib. Qərar martın 10-dan etibarən qüvvəyə minəcək. Daha maska taxmayan şəxslər cəzalandırılmayacaq. Abbott “Tvitter” şəbəkəsindəki mesajında yazıb: “Qarşıdakı həftədə 7 milyondan artıq peyvənd ediləcək. Həftədə 1 milyon nəfərə peyvənd edilir. Təkcə bu gün 216 000 peyvənd edilib. Yaşlı adamların 50%-dən çoxu peyvənd ediləcək. Yoluxma sayı son 4 ayda ən aşağı səviyyədədir” .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru