Koronavirusu dualarla qovmağa çağıran Tanzaniya prezidenti reanimasiyaya düşüb

12-03-2021, 08:29           
Koronavirusu dualarla qovmağa çağıran Tanzaniya prezidenti reanimasiyaya düşüb
Koronavirusu dualarla qovmağa çağıran Tanzaniya prezidenti reanimasiyaya düşüb.

360 TV-nin məlumatına görə, bu barədə ölkənin müxalifət lideri Tundi Lisu xəbər yayıb.

O bildirib ki, 61 yaşlı Con Maqufili martın 8-də Nayrobidə xəstəxnaya yerləşdirilib. Orada siyasətçinin ürəyi dayanıb.

Lisu hazırda dövləti başçısının vəziyyətinin kritik olduğunu vurğulayıb.

Qeyd edək ki, Maqufili ölkədə koronavirus epidemyasını təkzib edirdi və Tanrının Tanzaniyanı qoruduğunu deyirdi. Fevral ayında isə prezident respublikanın koronavirussuz il keçirdiyini açıqlamışdı.

Bundan başqa, Tanzaniya COVAX beynəlxalq vaksin paylaşımı proqramında (bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış mexanizm) iştirakdan imtina etmişdi.oxu














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru