Putin atdan yıxıldı! - VİDEO

28-03-2021, 11:05           
Putin atdan yıxıldı! - VİDEO
Rusiya Prezidenti Vladimir Putin Krasnodar ippodromunun nümayəndələri ilə görüşündə atlara olan sevgisindən və məşq zamanı atdan necə yıxıldığı haqqında söz açıb.

“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, Putin görüş zamanı atları sevdiyini, sadəcə indi təsadüf hallarda at sürdüyünü və at sürməyi necə öyrənməsi barədə xatirələrini danışıb. “Bir dəfə məşq zamanı məni çəkirdilər və elə oldu ki, at birdən baryerin qarşısında dayandı. Bu zaman mən elə bir salto etdim ki, bu sadəcə real salto idi”-Putin qeyd edib.

Putin əlavə edib ki, məni çəkən operatora çəkdiyi videonu saxlamağı təklif etdim: “Ondan ilk dəfə idi ki, belə bir cavab eşitdim: dərhal siləcəm, dedi”.


Putin onu da əlavə edib ki, atdan yıxıldığım yer yumşaq torpaq olduğundan və ağac yonqarı töküldüyündən "yıxılmağım yetərincə rahat oldu."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru