Fransa bu ölkədəki səfirliyini 7 il sonra yenidən açdı

30-03-2021, 07:45           
Fransa bu ölkədəki səfirliyini 7 il sonra yenidən açdı
Fransanın Liviyanın paytaxtı Tripolidəki səfirliyi təxminən yeddi il sonra yenidən fəaliyyətə başlayıb.

Teref.az xəbər verir ki, bu barədə Fransanın Liviyadakı səfirliyinin tvitter hesabında paylaşım edilib.

“Fransa səfirliyi 29 mart 2021-ci ildə yenidən açıldı. Vəzifə başına!”, – paylaşımda deyilir.

Qeyd edək ki, Tripolidəki Fransa səfirliyi 2014-cü ilin iyulunda qapılarını bağlayıb, vətəndaşlarını təxliyyə etdikdən sonra işini Parisdən davam etdirib.

Bu tarixdən sonra Fransa Liviyada münaqişənin davam etdiyi illərdə ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin lideri Xəlifə Həftəri hərbi və siyasi olaraq dəstəkləyib.

Liviyada ikiyə bölünmüş məclisin illər sonra ilk dəfə birgə iclas təşkil edərək, müvəqqəti birlik hökumətini təsdiq etməsindən sonra Fransadan səfirliyi yenidən açmaq həmləsi gəlib. qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru