ABŞ-da 15 milyon doza peyvənd zibilxanaya atılıb

3-04-2021, 22:23           
ABŞ-da 15 milyon doza peyvənd zibilxanaya atılıb
ABŞ-ın Baltimor şəhərində bir əczaçılıq müəssisəsində baş verən hadisə ilə bağlı Qida və Dərman İdarəsi araşdırma başladıb.

ABŞ-da istehsal müəssisəsində komponentləri qarışdırılan 15 milyon doza "COVID-19"a qarşı peyvəndi "Johnson&Johnson" dərman istehsalı firması zibilxanaya atıb.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, bu hadisə ABŞ-ın Baltimor şəhərində bir əczaçılıq müəssisəsində baş verib. Həmin müəssisədə həm "Johnson&Johnson", həm də "AstraZeneca" peyvəndi istehsal edilirmiş. Bir səhv nəticəsində peyvəndlərin komponentləri qarışdırılıb və nəticədə milyonlarla doza zibilə atılıb.

Baş verən hadisə ilə bağlı ABŞ-ın Qida və Dərman İdarəsi insan səhvi ilə əlaqədar araşdırma başladıb.

Qeyd edək ki, "Johnson&Johnson"un "Covid-19" peyvəndinin ölkədəki peyvənd prosesini sürətləndirəcəyi gözlənilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru