Böyük Britaniyada aksiyalar - “Qanunu öldür”

4-04-2021, 21:17           
Böyük Britaniyada aksiyalar - “Qanunu öldür”
Şəhərlərdə etiraz aksiyalarına yüzlərlə insan qoşulub

Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, etirazçılar 25 əyalətdə və bölgədə təhlükəsizlik qüvvələrinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz ediblər.

Aksiyada “Qanunu öldür” şüarı səsləndirilib. Təxminən 1500 nəfərin iştirak etdiyi yürüşdə polislə etirazçılar arasında toqquşma baş verib. Məlumata görə, 7 nəfər həbs edilib.

London, Birminqem, Liverpul, Nyukasl, Veymut və Bornmut şəhərlərində də “Qanunu öldür” etirazlarına yüzlərlə insan qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru