İndoneziyada torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 55-ə çatıb - YENİLƏNİB

5-04-2021, 07:49           
İndoneziyada torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 55-ə çatıb - YENİLƏNİB
İndoneziyada bazar günü başlayan torpaq sürüşmələri və daşqınlar zamanı azı 55 nəfər həlak olub.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələri üzrə Milli İdarəsi (BNPD) məlumat yayıb.

Agentliyin məlumatına görə, təbii hadisə zamanı daha 40 nəfər xəsarət alıb.

Daha əvvəl daşqınlar zamanı 44 nəfərin həlak olduğu bildirilib.

05:48
İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələri üzrə Milli İdarəsi (BNPD) məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı daha doqquz nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb.

Agentliyin məlumatına görə, fəlakət nəticəsində yüzlərlə ev dağılıb.

Qeyd edilir ki, hazırda axtarış-xilasetmə işləri aparılır. Hakimiyyət orqanları Açe, Sumatra, Mərkəzi Yava, həmçinin Cakartada və Cokyakartda leysan yağışlar barədə xəbərdarlıq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.