Rusiya düşməndir, Belarus isə düşmənin lakeyi - Leonid Kravçuk

5-04-2021, 09:23           
Rusiya düşməndir, Belarus isə düşmənin lakeyi - Leonid Kravçuk
Donbas üzrə Üçtərəfli təmas qrupunda Ukrayna nümayəndə heyətinin başçısı Leonid Kravçuk Rusiyanı Ukraynanın düşməni, Belarusu isə Rusiyanın lakeyi adlandırıb.

Ukraynanın birinci prezidenti qonşu ölkələrə bu adları «Savik Şusterin sözünə azadlıq» proqramının efirindən aprelin 2-də verib. Fikrini əsaslandırmaq üçün Kravçuk bu faktı önə çəkib ki, Ukrayna prezidenti Vladimir Zelenski və Amerika lideri Co Bayden arasında telefon danışığının olduğu gün Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında da telefon danışığı olub.

Əhatəli məntiqə varmayan Leonid Kravçuk bu əsasla belə fikrə gəlib ki, Moskvanın dostu yoxdur - «ya düşmənləri, ya da lakeyləri» var. Və burada birinci rolu Ukranaya, ikincini isə Belarusa ayırıb.

Kravçukun fikrincə, Ukrayna «hər dəqiqə» müdafiəni və cəmiyytin birliyini möhkəmlətməli, həm də ümummilli maraqlara toxunan məsələlər üzrə mübahisələrə son qoymalıdır.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru