Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır

5-04-2021, 21:55           
Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır
Gürcüstan hökuməti qonşu ölkələrlə quru sərhədlərini açmaq niyyətindədir. Hökumət hesab edir ki, quru sərhədlərinin açılması iqtisadiyyatın sürətli inkişafına təkan verəcək.

Teref.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili Gürcüstan-Azərbaycanın sərhədində yerləşən "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsini ziyarət edərkən deyib. Nazir məntəqənin fəaliyyəti, infrastrukturu ilə maraqlanıb, tövsiyələrini verib.

Onun sözlərinə görə, qaydalara riayət etmək və peyvəndləmə prosesində fəal iştirak sərhədləri açmağa imkan verəcək.

Nazir deyib: "Bu gün, hava sərhədləri ilə birgə quru sərhədləri də açmağa imkan verəcək tövsiyələrə ciddi şəkildə riayət etmək və peyvənd prosesində fəal şəkildə iştirak etmək çox vacibdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru