SON DƏQİQƏ: Rusiya hərbi gəmiləri bombardmana başladı - NƏ BAŞ VERİR?

10-04-2021, 23:10           
SON DƏQİQƏ: Rusiya hərbi gəmiləri bombardmana başladı -
ABŞ-ın Qara dənizə hərbi gəmilər göndərməyi planlaşdırması ilə bağlı xəbər Rusiyada narahatlığa səbəb olub.

Teref.az Redaktor.az-a istinadla xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bölgədə Qara dəniz suları ilə sərhədləri olmayan dövlətlərin bölgədə artan fəaliyyətindən narahat olduqlarını dilə gətirib. "Interfax" agentliyinin məlumatına görə, Qruşko Qara dənizdəki hərbi gəmilərin bütün həmlələrinin Türkiyəyə boğazlarda nəzarət hüququ verən Montreux Konvensiyasına uyğun olmağının vacibliyini vurğulayıb.

Vaşinqtona meydan oxuyan Moskva, geniş miqyaslı bir müharibənin bütün Ukraynaya yayılacağından qorxduğunu və qarşıdurmaların baş verəcəyi təqdirdə, bölgədə yaşayan Rusiya vətəndaşlarını qorumaq üçün hərəkətə keçəcəyini açıqlayıb.

Münaqişə xəttindəki yeni görüntülərdə Rusiya ordusunun sərhədə BMP-3 tanklarını, S-400-lərdə istifadə olunan 5T58-2 və 48N6 raketlərini göndərdiyi diqqət çəkir.

Rusiyanın hərbi televiziyası olan "Zvezda" Qara dəniz üzərində həyata keçirilən və döyüş təyyarələrinin Krımdakı hədəfləri raketlərlə məhv etdiyi təlimlərin görüntülərini paylaşıb.

Həmçinin, Qara Dəniz Donanmasında olan "Qraivoron" və "Vişnıy Voloçek" adlı raket gəmilərindən atəş açıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru