Səudiyyənin neft tankerinə hücum olub! - Qırmızı dənizdə
28-04-2021, 09:21
Aprelin 27-də Səudiyyə Ərəbistanının neft tankeri Qırmızı dənizdə hücuma məruz qalıb.
Bu barədə «Associated Press» (AP) agentliyi xəbər verib.
Britaniyanın United Kingdom Maritime Trade Operations (UKMTO, «Birləşmiş Krallığın dəniz ticarət əməliyyatları» - Böyük Britaniya hərbi-dəniz qüvvələrinin bölməsi) xəbər verib ki, Yanbu şəhərinin (Səudiyyə Ərəbistanı) yaxınlığındakı limanda baş vermiş insident barədə onun məlumatı var.
Ehtimal edildiyi kimi, ticarət gəmisi - NCC Damman neft tankeri xarici mənbənin təsirindən zərər çəkib. Gəmi son dəfə Qırmızı dənizdə - Səudiyyə sahillərində, Yanbunun cənubunda görünüb. Bu rayonda bir neçə tanker lövbət salır. Şahidlərin sözlərinə örə, çərşənbə axşamı Yanbu limanı üzərindən insidentdən sonra qatı qara tüstü qalxıb. Dəniz mühafizə şirkəti («Neptune P2P Group») xəbər verib ki, limanın cənub girişində hündür tüstü dirəyi qeydə alınıb.
Rəsmi Ər-Riyad hələlik tankerə hücum barədə xəbərə reaksiya verməyib.