Gürcüstanın quru sərhədlərini açması ilk növbədə qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq.
Bunu səhiyyə naziri Ekaterina Tikaradze deyib.
"Əgər vətəndaşın koronavirusa yoluxduğu məlum olarsa, bu zaman qərar özünü çox gözlətməməli və dəqiq olmalıdır. Bu halda o, ölkəsinə qaytarıla bilər. Lakin həmin şəxs Gürcüstana daxil olduğu ölkənin rezidenti deyilsə, bu halda çətinliklər daha da artacaq", - nazir qeyd edib. axar.az