Baydenin dövründə varlı amerikalıların sərvəti 195 milyard dollar artıb 2-05-2021, 09:57 ABŞ dövlət başçısı Co Baydenin prezidentlik dövrünün ilk 100 günündə Amerikanın 100 ən varlı adamının varidatı 195 milyard ABŞ dolları artıb.“Report”un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.ABŞ-ın 100 ən varlısının sərvəti 20 yanvardan 30 aprelə qədər 195 milyard ABŞ dolları artaraq 2,9 trilyon ABŞ dollarına çatıb.Xatırladaq ki, ABŞ-ın ən aşağı gəlirli vətəndaşlarının yarısının ümumi sərvəti cəmi 2,5 trilyon ABŞ dollarıdır. Facebook-da paylaş