Ceff Bezos kosmosa ilk uçuşunu etdi

20-07-2021, 22:09           
Ceff Bezos kosmosa ilk uçuşunu etdi
“Amazon” şirkətinin rəhbəri, milyarder Ceff Bezos və daha üç sərnişini göyərtəsində daşıyan kapsul "Yeni Şepard" (ABŞ-ın ilk kosmonavtlarından olan Alan Şepardın şərəfinə kapsula belə ad verilib) raketi vasitəsi ilə həyata keçirilən uçuşdan sonra Texas kosmodromu yaxınlığında təhlükəsiz yerə enib.

Axar.az xəbər verir ki, bütün uçuş avtomatik rejimdə olub və 11 dəqiqədən az müddət çəkib.

Hesablandığı kimi, buraxılışdan bir neçə dəqiqə sonra təkrar istifadə oluna bilən raket 40 km yüksəkliyə qalxdıqdan sonra sərnişinlər olan kapsul ondan ayrılıb.

Daşıyıcısından ayrılan kapsul kosmosun şərti sərhədi Karman həddini - 100 km hümdürlük məsafəsini keçib.

Bezosu kapsulda qardaşı Mark, 82 yaşlı qadın pilot Olli Funk və 18 yaşlı Oliver Daemen müşayiət ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru