Haiti müvəqqəti prezident fikrindən imtina etdi

21-07-2021, 07:21           
Haiti müvəqqəti prezident fikrindən imtina etdi
Haiti yeni dövlət başçısı seçilənə qədər müvəqqəti prezident təyinatından imtina edib.

Bu barədə TASS yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Haiti hökuməti prezident Jovenel Moizin öldürülməsindən iki gün əvvəl baş nazir vəzifəsinə təyin etdiyi Ariel Anrinin başçılığı ilə ölkənin yeni hökumətini təsdiqləyib.

Qeyd edək ki, Haitidə prezident və parlament seçkiləri sentyabrın 26-na təyin edilib, ehtiyac olarsa, prezident seçkilərinin ikinci turu 21 noyabrda keçiriləcək.

Xatırladaq ki, Moiz iyulun 7-də yaşadığı evə edilən naməlum hücum nəticəsində öldürülüb. Həmin hücumda ölkənin birinci xanımı Martin Moiz də yaralanmışdı. Bununla əlaqədar Nazirlər Şurası respublikada 15 gün ərzində hərbi vəziyyət tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru