Dövlət Departamenti: Haiti prezidentinin qatillərindən 6-sı ABŞ-ın hərbi təlimini keçib

23-07-2021, 07:29           
Dövlət Departamenti:
Haiti prezidenti Jovenel Moizə qarşı sui-qəsddə iştirakı ehtimal olunan altı nəfər Kolumbiya ordusunda xidmətdə olarkən ABŞ hərbi proqramları üzrə təlim keçiblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

“Dövlət Departamenti və Müdafiə Nazirliyi bir vaxtlar Kolumbiya ordusunda xidmət edərkən ABŞ hərbi proqramları üzrə təlim keçmiş sui-qəsdin ehtimal olunan iştirakçılarından altısını müəyyən edib”, - Prays belə deyib.

Onun sözlərinə görə, Dövlət Departamenti və Müdafiə Nazirliyi Haiti hökumətinin sui-qəsddə iştirakından şübhələndiyi şəxslərin ABŞ tərəfindən maliyyələşdirilən hər hansı bir hərbi və ya polis təlimi proqramında iştirak edib-etmədiyini dəqiqləşdirmək üçün qeydləri yoxlamaqda davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.