Zaxarovadan Əhməd Hacıyevlə bağlı AÇIQLAMA

3-07-2025, 12:44           
Zaxarovadan Əhməd Hacıyevlə bağlı AÇIQLAMA
“Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin guya saxlanılması ilə bağlı məlumat həqiqətə uyğun deyil”.

TASS xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Bildiyim qədərilə, “Lukoyl”un belə bir filialı belə yoxdur, nə də belə bir vəzifə və şəxs mövcuddur. Bax, bu da klassik saxtakarlıqdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiya mediasında “Lukoyl”​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı və məhkəməyə aparıldığı barədə məlumat yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru