Bir hissə sellə, digər hissə quraqlıqla savaşır:İqtisadiyyata 440 milyard avro zərər

24-07-2021, 11:57           
Bir hissə sellə, digər hissə quraqlıqla savaşır:İqtisadiyyata 440 milyard avro zərər
BMT Meteorologiya Təşkilatının məlumatına görə, son 50 ildə bir milyondan çox insan daşqın və quraqlıqdan həyatını itirib.

Təşkilat fəlakətlərin iqtisadiyyata vurduğu ziyanı açıqlayıb.

Cebhe.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı, iqlim dəyişikliyinin artan mənfi təsirləri səbəbindən dünyada təbii fəlakətlərin çoxaldığına diqqət çəkib, son 49 ildə daşqın və quraqlığın vurduğu ziyanın balans hesabatını tərtib edib.

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (WMO) baş katibi Petteri Taalas, Cenevrədə açıqlamasında, dünyada quraqlıq, fırtına, daşqınlar və normadan yüksək istilik səbəbiylə bir milyondan çox insanın öldüyünü söyləyib. O, "Şiddətli yağışlar ümumiyyətlə, iqlim dəyişikliyinə işarədir. Atmosfer istiləşməyə davam etdikcə daha çox nəm yığılır, bu da fırtınalarda daha çox yağış və daşqın ehtimalı artırır",- deyib.

Taalas açıqlamasında 1970 -2019-cu illər arasında dünyada quraqlıq səbəbiylə 650 min insanın öldüyünü bildirib.

Fırtına səbəbiylə 580 min, sel fəlakətində təxminən 59 min qadın, uşaq və kişi həyatını itirib.

Mövsümi normalar xaricindəki istiliklərin də 56 min insanın həyatına son qoyduğu bildirilir.

Dünya miqyasında fırtına iqtisadi baxımdan ən çox zərər verən təbii fəlakət olub.

Ümumi zərərin təqribən 440 milyard avro olduğu təxmin edilir.

Daşqınlar fırtınaları izləyir və daşqınlar təxminən 100 milyard avroya çatır.

Avropada son 50 ilin ən böyük iqtisadi təsiri olan təbii fəlakət 2002-ci ildə Almaniyadakı Elbe selidir.

Son illərdə dünyanın bəzi bölgələri quraqlıqla mübarizə apararkən, digər bölgələri daşqınlarla mübarizə aparır.

Keçən həftə Almaniya son tarixindəki ən dəhşətli sel fəlakətinə şahid oldu. Yenə də meteoroloqların verdiyi məlumata görə, Çinin Henan əyaləti "min ildə bir dəfə ola biləcək yağış" a şahid oldu. Yenə də Türkiyənin Qara dəniz bölgəsindəki güclü yağış səbəbiylə Rizə və Artvində sellər meydana gəldi. Quraqlıqla mübarizə aparan İranda bu il istilər 50 dərəcəyə yaxınlaşdığı üçün böyük bir quraqlıq yaşanır.

Nigar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.