Finlandiya gömrüyü 64 milyon avroluq bitkoini satışa çıxarır
30-07-2021, 23:01
Finlandiyanın gömrük orqanı müsadirə olunan bitkoinlərin müntəzəm qaydada satışını həyata keçirəcək broker axtarır.
Teref.az Report.az-a istinadən xəbər verir ki, qurum bu məqsədlə tender elan edib.
Bu ilin yazında gömrük 1 980 müsadirə olunmuş bitkoinə malik olduğunu bildirib. Hazırkı məzənnəyə görə, kriptovalyutaların dəyəri 64,43 milyon avroya bərabərdir.