ABŞ-da sutkalıq koronavirusa yoluxma sayı 300 minədək yüksələ bilər

1-08-2021, 07:56           
ABŞ-da sutkalıq koronavirusa yoluxma sayı 300 minədək yüksələ bilər
ABŞ-da avqust ayında sutkalıq koronavirusa yoluxma sayı 140 mindən 300 minə qədər yüksələ bilər.

APA "Washington Post"a istinadən xəbər verir ki, bununla bağlı yerli mütəxəssislər bildirib.

Onlar epidemioloji vəziyyətin pisləşəcəyini proqnozlaşdırıblar.

Artıq ölkədə hər gün 70 min nəfərin yoluxduğu bildirilir. Yalnız bir həftə ərzində gündəlik yoluxma sayı 60 % artıb. Əsasən yoluxmaya səbəb kimi "delta" ştammı göstərilir.

Qeyd olunur ki, "delta"ya yoluxanların əksəriyəti daha gənc və sağlam insanlardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.