ABŞ-da növbəti kiberhücum həyəcanı – XİN rəsmisi danışmaqdan çəkindi
22-08-2021, 14:36
Xarici İşlər Nazirliyinin rəsmisi isə təhlükəsizlik səbəbindən hazırda iddia olunan kiberhücumların məqsədi və əhatə dairəsi haqqında danışa bilməyəcəklərini bildirib.
ABŞ-ın “Fox News” telekanalı ölkənin Xarici İşlər Nazirliyinin kiberhücuma məruz qalması barədə məlumat yayıb.
Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə nazirliyi gözlənilən kiberhücumla bağlı əvvəlcədən xəbərdarlıq edib. İddia olunur ki, kiberhücum iki həftə əvvəl reallaşdırılıb.
“Fox News”a açıqlama verən Xarici İşlər Nazirliyinin rəsmisi isə təhlükəsizlik səbəbindən hazırda iddia olunan kiberhücumların məqsədi və əhatə dairəsi haqqında danışa bilməyəcəklərini bildirib.