ABŞ-da fırtına durmadan güclənir – 3 aeroport uçuşları dayandırdı

23-08-2021, 00:58           
ABŞ-da fırtına durmadan güclənir –
ABŞ-ın Nyu-York ştatının 3 hava limanında “Anri” fırtınası səbəbindən uçuşlar ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “New Jersey” hava limanı idarəsinin rəhbəri Rik Kotton bildirib.

“John Kennedy”, “LaGuardia” və “New Jersey” hava limanlarında bəzi uçuşların təxirə salındığı vurğulanıb.

Qeyd edilib ki, səhər saatlarından etibarilə “LaGuardia”da 23%, “John Kennedy”də 11%, “New Jersey”də isə 22% uçuşlar ləğv edilib.

Son məlumatlara görə, ABŞ-ın şərq sahillərində tüğyan edən Anri qasırğasının sürəti saatda 120 kilometrə çatıb. Təbii fəlakət nəticəsində, ölən və yaralananların olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru