ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"

19-09-2021, 00:07           
ABŞ-ın baş infeksionisti:
Koronavirusa qarşı "rMNC" peyvəndinin qəbulu üç doza tələb edə bilər.

Cebhe.info xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi "The Telegraph" qəzetinə müsahibəsində deyib.

"Düşünürəm ki, üçüncü vaksinin qəbulu daha məqsədəuyğun olacaq", - Fauçi qeyd edib.

O, gücləndirici peyvənd ideyasını dəstəklədiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, "Pfizer" vaksininin də altı aydan sonra üçüncü dəfə qəbul edilməsi mümkündür.

Fauçi koronavirusun mütəxəssisləri dəfələrlə aldatdığını, buna görə də pandemiyanın nə vaxt bitəcəyini proqnozlaşdırmağın çətin olduğunu əlavə edib:

"Pandemiyanın yazda bitəcəyinə ümid var".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru