Rusiyada parlament seçkilərində onlayn səsvermə 90 faiz təşkil edir

19-09-2021, 17:41           
Rusiyada parlament seçkilərində onlayn səsvermə 90 faiz təşkil edir
Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə onlayn səsvermə 90 faiz təşkil edir.

Bu da qeydə alınmış 2,01 milyon nəfərdən 1,8 milyonu deməkdir.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, səsvermə zamanı qanun müəyyən pozuntuları qeydə alınıb:

“Rusiyanın 14 subyektində – Moskva, Adıgey, Başqırdıstan, Kalmıkiya, Mordoviya, Kamçatka diyarında, eləcə də Bryansk, İvanovo, Kemerovo, Leninqrad, Moskva, Samara, Ulyanovsk və Çelyabinsk əyalətlərində bülletenlərin etibarsız sayılması halları var. Ümumilikdə 45 seçki məntəqəsində 7 465 bülleten etibarsız elan edilib”.

Onun sözlərinə görə, qanun pozuntusunun baş verdiyi üç məntəqə seçki komissiyasının sədrləri vəzifələrindən azad edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru