Rusiya universiteti atışmadan sonra - Video

20-09-2021, 16:59           
Rusiya universiteti atışmadan sonra - Video
Rusiyanın İstintaq Komitəsi Perm Dövlət Universitetində baş vermiş atışma ilə bağlı görüntülər yayıb.

“Qafqazinfo” xəbər verir ki, komitənin yutub kanalında paylaşılan videodan universitetin içərisində qan izlərini və gilizləri aydın görmək mümkündür.

Hazırda İstintaq Komitəsinin əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.

Qeyd edək ki, insident universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədilib. Bildirilir ki, silahlı şəxs hüquq-mühafizə orqanlarına müqavimət göstərsə də, son nəticədə yaralı halda saxlanılıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru