MAQATE Şimali Koreya ilə bağlı xəbərdarlıq etdi

21-09-2021, 07:21           
MAQATE Şimali Koreya ilə bağlı xəbərdarlıq etdi
“KXDR -in nüvə proqramı fəal şəkildə davam edir, bunun çərçivəsində uran zənginləşdirilir”.
Azvision.az xəbər verir ki, bunu MAQATE-nin Baş direktoru Rafael Qrossi bəyan edib. Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasında nüvə proqramı plutonyum, uranın zənginləşdirilməsi və digər fəaliyyətlərlə sürətlə davam edir.

Qeyd edək ki, MAQATE Şimali Koreyanın Yonbyondakı nüvə kompleksi üçün plutonium istehsal edən reaktorunu yenidən işə salmasından şübhələnir. İyulun əvvəlindən bəri bunu sübut edən bəzi əlamətlər, məsələn, soyutmaq üçün suyun axıdılması müşahidə olunur.

Bu reaktor 2018-ci ilin dekabrından bəri işləmir. Və işinin bərpası Pxenyanın nüvə proqramını BMT qətnamələrini pozaraq davam etdirdiyini deməyə əsas verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru