Putindən Perm faciəsi ilə bağlı açıqlama 21-09-2021, 07:29 Perm Dövlət Universitetində baş verən kütləvi qətllə bağlı polis bütün detalları araşdırır.Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.“Hüquq-mühafizə orqanları bu dəhşətli cinayətin səbəblərinin araşdırılması üçün hər şeyi edir”, - deyə dövlət başçısı bildirib.Dövlət başçısı baş vermiş kütləvi qətllə bağlı ölənlərin ailə və yaxınlarına da başsağlığı verib.Qeyd edək ki, Timur Bekmansurovun universitetdə atəş açması nəticəsində 6 nəfər ölüb, 24-ü isə yaralanıb. Facebook-da paylaş