Avropa Birliyi Fransa və Avstraliya arasında bağlanmış sualtı qayıqlarla bağlı müqavilənin sonlandırılmasına görə ABŞ-dan izahat tələb edib.
Axar.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Şarl Mişel deyib.
“AUKUS-un yaradılması Vaşinqton tərəfindən Avropadakı müttəfiqlərinə qarşı loyallığın olmaması anlamına gəlir. ABŞ-dan izahat tələb etməklə Vaşinqtonun dərin niyyətini başa düşmək istəyirik”, - Mişel bildirib.