Rusiya oktyabrdan bəzi ölkələrlə hava əlaqəsini bərpa edir 23-09-2021, 08:23 Rusiya oktyabrın 5-dən etibarən Cibuti, Danimarka, Yeni Zelandiya, Cənubi Afrika və Peru ilə uçuşları bərpa edir."Report" xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.Qərargahdan verilən məlumata görə, uçuşların bərpası ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınmaqla həyata keçirilir.Bununla yanaşı, Yaponiya, Qırğızıstan, Özbəkistan, Danimarka, Bəhreyn, BƏƏ və Tacikistana uçuşların sayı artırılacaq. Facebook-da paylaş