ABŞ sərhədçiləri Texasda Meksikanın 14 hərbçisini saxlayıb

26-09-2021, 09:59           
ABŞ sərhədçiləri Texasda Meksikanın 14 hərbçisini saxlayıb
Amerika sərhədçiləri Birləşmiş Ştatlarla sərhədin qanunsuz keçdiyinə görə Meksikanın 14 hərbi qulluqçusunu saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ-ın Gömrük və Sərhəd Nəzarəti Xidmətindən (Customs and Border Protection, CBP - red) agentliyə bildirilib ki, hadisə sentyabrın 25-də gecəyarı El-Paso (Texas ştatı-red) ərazisində olub. Meksikanın iki hərbi maşını sərhədi keçib və ABŞ-ın ərazisinə girib. ABŞ-ın sərhəd xidmətinin əməkdaşları avtomobillərdəki hərbi qulluqçuları bir neçə saat saxlayıb. Meksika hərbçilərinin sözlərinə görə, onlar sərhədi təsadüfən keçiblər və ABŞ ərazisində olduqlarını bilməyiblər.

Saxlanılanların hamısı, silahları və avtomobilləri bir neçə saat sonra Meksikaya qaytarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru