“İran göründüyündən də zəif və çarəsizdir”

28-09-2021, 09:28           
“İran göründüyündən də zəif və çarəsizdir”
İran Yəmən, İraq, Suriya və Livandakı müttəfiq qüvvələrini pilotsuz təyyarələrlə təchiz etməyi planlaşdırır.

Bu sözləri İsrailin Baş naziri Naftali Bennet BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi siyasi müzakirələrində söyləyib.

“İran Yəməndə, İraqda, Suriyada və Livandakı əlaltılarını yüzlərlə, gələcəkdə isə minlərlə ölümcül pilotsuz təyyarə ilə silahlandırmağı planlaşdırır. Onlar bu öldürücü güc vasitəsi ilə Yaxın Şərq səmasını örtməyi planlaşdırırlar”, – deyə Naftali Bennet vurğulayıb.

İsrailin Baş naziri nitqinin davamında bəyan edib ki, İsrail İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcək:

“İran göründüyündən də zəif və çarəsizdir. İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”. TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru