İranlı general terrorçu PKK ilə bağlı İraq hakimiyyətinə xəbərdarlıq edib

29-09-2021, 18:01           
İranlı general terrorçu PKK ilə bağlı İraq hakimiyyətinə xəbərdarlıq edib
"İraqın şimalında terrorçulara bazanın yaranmasına dözə bilmərik".

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunlarınıın komandanı general Məhəmməd Pakpur İraq hakimiyyəti və bu ölkənin şimalındakı hökumətə xəbərdarlığında bildirib.

“İrana qarşı olan terrorçu qrupları İraqın şimalından çıxarın. Bu tələbimiz reallaşmazsa, terrorçuların yerləşdiyi yerləri və sığınacaqları məhv etmək üçün üzərimizə düşəni edəcəyik. Hazırda istənilən təhdidə qarşı hərbi hazırlığımız ən yüksək səviyyədədir”, - o vurğulayıb.

Qeyd edək ki, İraqın şimalında terrorçu PKK qruplaşması yerləşib. Onun “PJAK” adlı dəstəsi İran, xüsusilə Qərbi Azərbaycan ərazisində yerli əhaliyə hücum edir, müxtəlif terror aksiyaları törədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru