Pentaqon: “Əfqanıstanda “Taliban”ın qələbəsi islamçıları ruhlandırıb”

30-09-2021, 07:53           
Pentaqon: “Əfqanıstanda “Taliban”ın qələbəsi islamçıları ruhlandırıb”
“Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsi dünyadakı radikal islamçıları ruhlandırıb”.

“Report” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Mill bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva Əfqanıstandakı vəziyyəti həyəcanla izləyir, ekstremistlərin oradan MDB ölkələrinə daxil olmasından qorxur:

“Babaları (“Taliban”çıların – Red) uzun illər əvvəl Əfqanıstandakı müharibədə Sovet İttifaqını məğlub ediblər. Və indi bunu şəbəkələrində təbliğ edir və böyük bir qələbə elan edirlər. İnanıram ki, bu, “Taliban” və onların tərəfdaşlarının mənəviyyatını və döyüş ruhunu əhəmiyyətli dərəcədə artırır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru