Nikola Sarkozi həbs cəzasına məhkum edildi

30-09-2021, 16:25           
Nikola Sarkozi həbs cəzasına məhkum edildi
Paris məhkəməsi Fransanın keçmiş Prezidenti Nikola Sarkozini bir il müddətinə azadlıqdan məhrum edib.

"Reuters"-in bu gün, sentyabrın 30-da verdiyi məlumata görə, sabiq Prezident 2012-ci ildə seçki qabağı təşviqat prosesinin qanunsuz maliyyələşməsində ittiham edilir.

Siyasətçiyə həbs cəzasını həbsxanadan kənarda keçirməyə imkan verilib. O, elektron qolbağının nəzarəti ilə ev həbsində olacaq.

İstintaqın versiyasına görə, eks-prezident seçki kampaniyasına 43 milyon avro xərcləyib. O, təşviqata çəkilməli olan xərclərin həcmindən xəbərdar olub, amma onu demək olar ki, iki qat artırıb.

Nikola Sarkozi qərardan apellyasiya məhkəməsinə müraciət edəcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru