Yüz minlik qoşun sərhəddə - Rus ordusu da döyüş hazırlığına başladı

30-09-2021, 21:34           
Yüz minlik qoşun sərhəddə -
Tacikistan Əfqanıstanla sərhəddə yerləşən Xoroq şəhərində hərbi parad keçirib.

Teleqraf.com xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon paradda çıxış edib.

Rəhmon hərbçiləri respublikanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib və bu illər ərzində silahlı qüvvələrin gücləndiyini deyib. O əlavə edib ki, Tacikistan sərhədində ekstremist və terror hərəkatları güclənir və belə şəraitdə ordunun rolu artır.

Paradda 100 mindən çox hərbi qüvvə və səfərbərlik ehtiyatının 130 mindən çox zabit və əsgəri iştirak edib.

Rusiya Xarici İşlər Nazirliyi isə Tacikistan və Əfqanıstanın sərhədlərin eyni nöqtələrinə silahlı qüvvə toplaması haqda məlumat yayıb. Moskva tərəfləri məsələləri dinc yolla həll etməyə çağırıb.

Qeyd edək ki, Rusiyanın Tacikistandakı hərbi qüvvələri bu gün Əfqanıstanla sərhəd bölgələrində irimiqyaslı təlimlərə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru