ABŞ Senatı şatdaun səbəbindən aralıq büdcəni təsdiq edib

1-10-2021, 08:13           
ABŞ Senatı şatdaun səbəbindən aralıq büdcəni təsdiq edib
ABŞ Senatı dekabrın 3-dək aralıq büdcənin tətbiqi barədə qanunu dəstəkləyib. Qərarın lehinə 65 nəfər, əleyhinə isə 35 nəfər səs verib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, ölkə hakimiyyəti buna razılıq verməsə, oktyabrın 1-də hökumət işini dayandıra bilər.

Maliyyələşdirmə 2021-ci ilin dekabrına qədər uzadılıb.

Aralıq büdcəyə əfqanıstanlı qaçqınların xərcləri və ölkə daxilində fəlakət sonrası bərpa işləri də daxildir.

Xatırladaq ki, ABŞ-da sonuncu şatdaun 2018-ci ilin dekabrında baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru