Gürcüstanda yerli seçkilər bitti

2-10-2021, 20:20           
Gürcüstanda yerli seçkilər bitti
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.

Seçki komissiyalarının üzvləri məntəqələrdə səsləri saymağa başlayıb.

Proses başa çatdırılandan sonra yekun protokollar imzalanaraq ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.

MSK kifayət qədər protokol əldə edəndən sonra ilkin nəticələri dərc etməyə başlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.