Gürcüstanda seçkidə “exit-poll”un nəticələri...

2-10-2021, 21:44           
Gürcüstanda seçkidə “exit-poll”un nəticələri...
Gürcüstanın “Gorby” təşkilatı yerli seçkilərdə apardığı “exit-poll”un nəticələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, “exit-poll”u “İmedi” telekanalı sifariş edib.

Saat 18:00-a olan nəticələrə əsasən, "Gürcü Arzusu" Partiyası 47,6 %, Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1 %, “Gürcüstan naminə” partiyası 6,8 % səs əldə edib.

Tbilisi mer seçkilərində isə ilk yeri 51,3 %-lə “Gürcü Arzusu”nun namizədi Kaxa Kaladze tutub. İkinci və üçüncü yerlərdə isə VMHP-nin namizədi Nika Meliya (34,6 %) və Giorgi Qaxariyadır (5,6 %).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru