Nika Melia: ""Gürcü Arzusu" Tbilisidə seçkilərdə uduzdu"

3-10-2021, 08:15           
Nika Melia:
"Vahid Milli Hərəkat" partiyasının rəhbəri, Tbilisi üzrə mer namizədi Nika Melia bu gün keçirilən yerli özünüidarəetmə seçkiləri barəsində açıqlama verib.

24News.ge xəbər verir ki, Melia hakim partiyanın Tbilisidə məğlub olduğunu bildirib. O, qeyd edib ki, Bələdiyyə məclisi isə müxalifət partiyaları tərəfindən təşkil ediləcək.

"Hər bir seçiciyə aktivlikləri və bizim yanımızda olduqları üçün çox təşəkkür edirəm. Biz bu gün sərbəst şəkildə deyə bilərik ki, "Gürcü Arzusu" siyasi mərkəz olan paytaxt Tbilisidə məğlub oldu. Bələdiyyə məclisi isə müxalifət partiyaları tərəfindən təşkil ediləcək", - deyə Melia əlavə edib.

Qeyd edək ki, "Edison Research" apardığı sorğuların nəticəsinə görə, Tbilisidə seçicilərin 43%-i Kaxa Kaladzeyə, 39%-i Nika Meliaya səs verib. "İpsos"un apardığı "exit-poll"a görə isə, Tbilisidə seçicilərin 40.2%-i Kaxa Kaladzeyə, 40.8%-i isə Nika Meliaya səs verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru