“Gürcü Arzusu”nun namizədi Marneulidə mer seçkilərində qalib gəlib

3-10-2021, 09:59           
“Gürcü Arzusu”nun namizədi Marneulidə mer seçkilərində qalib gəlib
Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda mer vəzifəsinə keçirilmiş seçkilərin nəticələri açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası rayon üzrə 91 məntəqənin hamısında səsləri hesablayıb.

Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kənan Ömərov 68,26 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Eldar Mustafayev 28,17 %, digər müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyev isə 3,58 % səs əldə edib.

Qeyd edək ki, Marneuli meri postuna yalnız bu üç namizəd iddialı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru