Gürcüstanda səslərin 100 %-ə yaxını sayılıb: “Gürcü Arzusu” öndədir

4-10-2021, 08:15           
Gürcüstanda səslərin 100 %-ə yaxını sayılıb: “Gürcü Arzusu” öndədir
Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkə üzrə 3 743 seçki məntəqəsinin 3 742-də (99,97 %) səslərin sayılması prosesini başa çatdırıb.

“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə 46,68 % səs əldə edib.

“Gürcü Arzusu”ndan sonra ilk üçlükdə 30,7 %-lə müxalif Vahid Milli Hərəkat Partiyası və 7,8 %-lə sabiq baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası yer alıb. Dördüncü yerdə isə “Lelo” partiyasıdır (2,71 %).

Seçkilərə qatılan digər partiyalar isə 2 %-dən az səs qazanıb.

Qeyd edək ki, Gürcüstan üzrə 64 bələdiyyənin 20-də seçkilərin ikinci mərhələsi təyin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru