"Saakaşvili Gürcüstan sərhədini sentyabrın 29-da qanunsuz keçib" - Baş Prokurorluq

4-10-2021, 18:49           
"Saakaşvili Gürcüstan sərhədini sentyabrın 29-da qanunsuz keçib" -
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dövlət sərhədini sentyabrın 29-da qanunsuz keçib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, siyasətçi sərhədi keçəndən sonra iki ittiham olunan şəxs öz avtomobillərində onu Sameqrelo bölgəsində bir kəndə aparıblar. Daha sonra M.Saakaşvili Tbilisiyə yollanıb və Elquca Tsomaya adlı vətəndaşın mənzilində məskunlaşıb. O, okyabrın 1-də həmin ünvanda saxlanılıb.

Qeyd edək ki, E.Tsomaya ilə bağlı həbs qətimkan tədbiri seçilib. Yaxalanan daha iki şəxsin ata-oğul olduğu məlum olub. Yeli mətbuatın yazdığına görə, həmin şəxslər Poti şəhərinin sakinləridir və limanda çalışıblar. Hər üç şəxs cinayəti gizlətməkdə ittiham olunur, onları 5 ilədək müddətə həbs gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru